Xəbər lenti

Ölkə 19:20 05.02.2024

Füzulidə mədəniyyət evi yanır

Füzulidə mədəniyyət evi yanır.

"Report"un Qarabağ bürosu xəbər verir ki, yanğın axşam saatlarında rayonun Zobcuq qəsəbəsində qeydə alınıb.

Hadisə yerinə FHN-in Füzuli yanğından mühafizə hissəsinin 3 yanğınsöndürən briqadası cəlb edilib. Hazırda yanğının söndürülməsinə çalışılır.

Qeyd edək ki, ümumi sahəsi 500 kvadratmetr olan mədəniyyət evində klub icma mərkəzi və Füzuli Mərkəzləşmiş kitabxana sisteminin filialı fəaliyyət göstərir.

Yanğının səbəbləri ekspertizanln nəticələrindən sonra məlum olacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->