Xəbər lenti

Gədəbəyin deputatı həmkarlarını təmkinli olmağa çağırdı
Siyasət 11:41 23.06.2023

Gədəbəyin deputatı həmkarlarını təmkinli olmağa çağırdı

"Deputat həmkarlarımı təmkinli olmağa və nəticəni gözləyib, mülahizələr yürütməyi çağırıram. Hazırda rayonda bu hadisələrlə bağlı iş aparılır. İlkin məlumatlar olsa da, nəticəni gözləməliyik".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Gədəbəydən seçilən deputat Sevinc Hüseynova deyib. 

Deputat bildirib ki, Sovet dövründən bu kənd alimlər kəndi kimi də tanınır: 

"Söyüdlü kəndində əhalinin əsas məşğulluq sahəsi əkinçilik, maldarlıqdır. Söyüdlü kəndinin əhalisi I və II Qarabağ müharibəsi zamanı vətəninə xidmət edib. Rayonumuzda baş verən hadisə məndə təəssüf hissi doğurur. Dağın başında halal əməkləriylə övlad böyüdən insanların ekoloji sağlam mühitdə yaşamaq istəyi onların hüququdur".

Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->