İdman 17:30 17.09.2022

Gənc şahmatçımız Rumıniyada gümüş medal qazandı

Rumıniyanın Mamaya şəhərində 14,16 və 18 yaşlılar arasında şahmat üzrə dünya birinciliyi keçirilib.
 
Şahmat Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə şahmatçımız Ayan Allahverdiyeva 18 yaşlı qızların yarışında gümüş medal qazanıb. Digər təmsilçilərimiz Nərmin Abdinova, Şiroğlan Talıbov və Xəzər Babazadə müxtəlif kateqoriyalarda ilk onluqda qərarlaşıb. 

Şahmatçılarımız son dəfə 18 yaşlıların dünya çempionatında 2013-cü ildə medala layiq görülüb. Həmin il Səbinə İbrahimova üçüncü yeri tutub.
 
Səbuhi Həsənov