Foto 18:06 02.05.2021

Gəncə-Daşkəsən avtomobil yoluna qaya parçaları düşdü (FOTO)

Daşkəsən rayon ərazisində torpaq sürüşmə olub, qaya parçaları avtomobil yoluna düşüb, nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, son günlər yağan güclü yağışlar səbəbindən torpaq sürüşməsi olub.

Gəncə-Daşkəsən avtomobil yolunun Daşkəsən rayon Bayan, Qızılca və Danayeri ərazisindən keçən hissəsində baş vermiş torpaq sürüşmə nəticəsində iri qaya parçaları və torpaq kütləsi yola düşüb.

Avtomobillərin hərəkətində qismən çətinlik yaranıb. Hazırda aidiyyəti qurumlar tərəfindən yaranmış problemin aradan qaldırılması istiqamətində işlər görülür.