İdman 16:01 17.02.2023

Gəncədə 5 qol vuruldu, "Kəpəz" "Şamaxı"ya qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib.

Qaynarinfo-nun məlumatına görə, açılış oyununda "Kəpəz" "Şamaxı"nı qəbul edib.

Gəncə şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib. "Kəpəz"in qollarını 10-cu dəqiqədə Abdullahi Şauybu, 53 və 72-ci dəqiqələrdə Mate Kvirkviya vurub. Qonaqlardan isə 22-ci dəqiqədə Fuad Bayramov, 62-ci dəqiqədə Rəhman Daşdəmirov fərqlənib.

Qələbə sayəsində xallarının sayını 17-yə çatdıran Gəncə klubu 8-ci pilləyə yüksəlib. "Şamaxı" 9-cu sıraya enib.

Qeyd edək ki, turun "Qəbələ" - "Sumqayıt" və "Neftçi" - "Səbail" matçları fevralın 18-də, "Zirə" - "Qarabağ" və "Sabah" - "Turan Tovuz" görüşləri fevralın 19-da keçiriləcək.