
Region xanımlarına stimul vermək, xanımların təhsilə marağını gücləndirmək, regionlarda formalaşan stereotiplərin qırılmasına birbaşa təsir etmək və xanımların Azərbaycanın inkişafında rolunun vacibliyinin mesajlarını vermək üçün keçirilən “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasına start verilib.
Kampaniya layihə çərçivəsində Lənkəran, Masallı, Astara, Lerik, Cəlilabad, Yardımlı zonalarına səfərlər edəcək.
Səfər zamanı adları qeyd olunan zonalarda müxtəlif ailələrlə görüşlər keçiriləcək. Həmin görüşlərdə ailələrlə qızların təhsili barəsində müzakirələr aparılacaq.
Kampaniya çərçivəsində “Mənim Təhsilim, Mənim Gələcəyim!” adlı kitabça və üzərində kampaniyanın şüarı yazılmış köynəklər dərc olunacaq.
Kampaniyanın rəhbəri Rövşən Nəcəfovdur.
Kampaniyaya qoşulmaq istəyənlər bu ünvanlara müraciət edə bilərlər:
Rəsmi internet sayt: www.myedu.az
E-mail: [email protected]
Rəsmi Facebook səhifəsi: https://www.facebook.com/myeduaz
Rəsmi Twitter hesabı: https://twitter.com/myeduaz
Qaynar.info