Ölkə 11:00 18.03.2023

Gömrük generalı ev dustaqlığına buraxıldı (ÖZƏL)

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılan gömrük generalı Ehtiram Xəlilov dünən axşam ev dustaqlığına buraxılıb. 

Vəkilinin Qaynarinfo-ya verdiyi məlumata görə, məhkəmə Ehtiram Xəlilov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi barədə istintaq orqanının təqdimatına baxıb.

Qərara əsasən, general ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, ötən ilin iyul ayında "Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb. O, külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir.

Amid