Ölkə 11:40 27.01.2022

"Hafka" saxlanılması ilə bağlı xəbərdən danışdı: “652 min borcu ödədim...”

Məşhur iş adamı, "Bakı” futbol klubunun keçmiş prezidenti Hafiz Məmmədovun saxlanılması barədə yayılan xəbərə münasibət bildirib. 

Hafiz Məmmədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, saxlanılması ilə bağlı məlumat həqiqətəuyğun deyil: 

"Mənim 4 şirkətim var idi. Şirkətlərimdə çalışan əməkdaşlara görə, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 652 min manat borcum yaranmışdı. Şirkətlərim müflis olduğundan bunu ödəyə bilmədim. Məhkəmə də bu günə kimi vaxt vermişdi. Bu gün də həmin borcu ödədim”.

Hafiz Məmmədov vurğulayıb ki, indiyədək şirkətlərinin vergi borcu olmadığını da deyib: "Dövlətin vergisini hər kəs verməlidir. Mən heç vaxt vergidən yayınmamışam və bu işi özümə müqəddəs borc bilmişəm. İndiyə qədər dövlətə bir milyondan çox vergi ödəmişəm”.

Qeyd edək ki, "Hafka" kimi tanınan məşhur iş adamı Hafiz Məmmədovun saxlanılması ilə bağlı məlumatı Moderator.az yayıb.

Amid