Xəbər lenti

“Hakan Fidan İlham Əliyevlə görüşü zamanı...” - Ekspert
Siyasət 21:40 06.07.2023

“Hakan Fidan İlham Əliyevlə görüşü zamanı...” - Ekspert

"Yaxın gələcəkdə Hakan Fidanı Türkiyənin siyasətini irəli aparan lider qismində görəcəyik”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Ruslan Bəşirli Türkiyənin XİN rəhbəri Hakan Fidanın Bakıya səfəri və burada Azərbaycan Prezidenti ilə görüşünü şərh edərkən deyib:

"Hakan Fidanın Türkiyə siyasətində yaxın gələcək üçün ən parlaq sima olacağını düşünürəm. Onun əvvəlki Milli İstiparat Təşkilatının rəhbəri olaraq arxa plandan xarici işlər naziri olmaqla üst plana keçirilməsi heç də təsadüfi deyil. Düşünürəm ki, Ərdoğanın varisi qismində Hakan Fidanın adı keçir. O bu yerə hazırlanır. Fidan həm PKK-ya, həm də FETÖ-ya qarşı daha ciddi mübarizəsi ilə tanınır. 

2012-ci ildə FETÖ Fidanı həbs etmək istəyib. 2016-cı ilin dövlət çevrilişi zamanı da ilk olaraq Fidanın aradan götürülməsi istənilirdi. Amma Hakan Fidan bu mərhələlərin hər birindən qabiliyyətlə çıxdı. Bu mənada Fidanın Azərbaycana səfəri təsadüfi deyil. Azərbaycan Prezidenti İlham Əliyev də Fidanı daha öncələrdən tanıyır. Bundan əvvəl də bir neçə dəfə görüşüblər. 

Fidan Azərbaycanı da daha yaxşı bilir. Çünki o, bir müddət Bakıda da çalışıb. Eyni zamanda Türkiyənin yenilənmiş xarici siyasətində Azərbaycan ən önəmli yeri tutur. Bu hazırda da, gələcəkdə də yüksələn xətlə davam edəcək. Bu mənada da Əliyev-Fidan danışıqlarını sıradan bir görüş olaraq görmürəm. Məsələ ondadır ki, post-Ərdoğan dönəmi üçün Hakan Fidanı Türkiyənin siyasətini yürüdən bir lider kimi görənlərin sayı həddən artıq çoxdur. Prezidnet Əliyev iki ölkə münasibətlərinin qorunmasında maraqlıdır. Odur ki, Fidanla strateji məsələləri də müzakirə edib”. 

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda səfərdədir. O, Qoşulmama Hərəkatının  Əlaqələndirmə Bürosu nazirlərinin toplantısında iştirak üçün Azərbaycandadır. Səfər çərçivəsində onu Azərbaycan Prezidenti də qəbul edib. 

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->