Xəbər lenti

Hakan Fidan:
Ölkə 21:45 08.11.2023

Hakan Fidan: "Qarabağ Azərbaycan bayrağı altında əmin-amanlığa qovuşmasının coşqusunu yaşayır"

Türkiyənin xarici işlər naziri Hakan Fidan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

Bu barədə diplomat sosial şəbəkədə yazıb.

"Can Azərbaycanın 8 Noyabr – Zəfər Gününü ürəkdən təbrik edirəm.

Zəfərin üçüncü ildönümündə Qarabağ Azərbaycan bayrağı altında əmin-amanlığa qovuşmasının coşqusunu yaşayır.

44 günlük dastansəra mübarizəni zəfərlə taclandıran bütün qəhrəmanlarımızı şükranla, şəhidlərimizi ehtiramla yad edirəm

Qarabağ Azərbaycandır!”, – XİN başçısı qeyd edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->