Bu gün İrəvanın Azadlıq meydanında "Ermənistan" və "Mənim namusum var" müxalifət fraksiyaları mitinq keçirib.
Qaynarinfo Ermənistan mediasına istinadla xəbər verir ki, müxalifətin keçirdiyi mitinq Ermənistan hakimiyyətinin Qarabağın həmişəlik Azərbaycanın tərkibində olması qərarı ilə razılaşmasına hazır olduğuyla bağlı olduğu üçün "Vətən çətin vəziyyətdədir, hamımız çətin vəziyyətdəyik” şüarları ilə başlayıb.
Müxalifətin mitinqdə o da iddia edilib ki, "hazırkı məğlub və bacarıqsız Ermənistan hökuməti” Türkiyə və Azərbaycanın bütün tələblərini yerinə yetirərək ölkənin dövlətçiliyi, gələcəyi və erməni xalqının həyatını təhlükəyə atır.
Müxalifət hesab edir ki, Nikol Paşinyan və onun komandası ucbatından ölkə çətin dönüş nöqtəsinə çatıb və ondan sonra Ermənistanın dövlətçiliyinin məhvi, hər evin, hər erməni ailəsinin başı üstündə asılmış yeni təhlükələrin yaranması reallaşıb:
"Müxalifət bu prosesin dayandırılmasını tələb edir, əks halda Ermənistanın müvafiq addımlar atmaması nəticəsində hansı vəziyyətə düşə biləcəyini təsəvvür etmək belə çətindir, - bu haqda fraksiyaların birgə bəyanatında deyilir.
İddialara görə, Azərbaycan tərəfinin təqdim etdiyi 5 bənd əsasında sülh sazişinin bağlanması məsələsi və aprelin 6-da Brüsseldə gözlənilən görüşdə güzəştə meyilli hakimiyyətin bu bəndlərlə razılaşması nəticəsində hakimiyyətin xalqın müqaviməti ilə üzləşəcəyi də istisna olunmur.
Bununla belə, müxalifət qərar verib ki, öz növbəsində bundan sonra hər-hansı təşəbbüslərin irəli sürülməsi zamanı emosional partlayışlara gedilməsin, hansı ardıcıllıqla addım atılacağı, uzun və qısamüddətli perspektivdə hansı planları olduğuna dair dəqiq hesablamalar aparılsın, hakimiyyət qarşısında konkret hansı tələblərin irəli sürüləcəyi, beynəlxalq aləmə hansı mesajların veriləcəyi nəzərə alınsın.
Mitinqdə Serj Sərkisyan da iştirak edib.
Telman Qasımov
Şərhlər