Xəbər lenti

Hansı bölgədə qadın sahibkar çoxdur?
Ekonomiks 11:30 16.07.2024

Hansı bölgədə qadın sahibkar çoxdur?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, 2024-cü il iyulun 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 356 mini keçib.

Azərbaycanda hazırda fərdi sahibkarların 77 faizini kişilər, 23 faizini isə qadınlar təşkil edir.

Bu barədə Qaynarinfo-ya Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilib.

Kişi fərdi sahibkarların sayı 1 045 014, qadın fərdi sahibkarların sayı 311 572 nəfərdir.

Rəsmi statistikaya görə, qadın fərdi sahibkarlar daha çox kənd təsərrüfatında (41,3%), ticarət sahəsində (18%), təhsildə (3,5%), peşə, elmi və texniki fəaliyyətdə (3,3%), ictimai işaşə sektorunda (2,6%), emal sənayesində (1,9%) çalışırlar,

Sahibkar qadınların 28,6%-i Bakıda, 10,2%-i Lənkəran-Astara, 9,6%-i Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Qazax-Tovuz (28,2%), Naxçıvan Muxtar Respublikası (26,7%),  Gəncə-Daşkəsən (25,9%), Bakı (24,8%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.  

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->