Xəbər lenti

Həbsdən çıxdı, viski oğurladı, yenə həbsxanaya düşdü
Ölkə 17:57 28.03.2025

Həbsdən çıxdı, viski oğurladı, yenə həbsxanaya düşdü

Bakıda həbsdən çıxmış şəxs viski oğurladığı üçün yenidən saxlanılıb. 

Qaynarinfo-nun məlumatına görə, 1986-cı ildə Bakı şəhərində anadan olmuş F.G. Novruz bayramı günü içmək üçün Nəsimi rayonunda yerləşən "Neptun" marketdən 1 ədədinin dəyəri 246,53 manat təşkil edən "Singleton-18” markalı viskini oğurlayıb. 

F.G. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Məhkəmədə məlum olub ki, bir neçə gün əvvəl həbsdən çıxmış F.G. "Neptun" marketdən ikinci dəfə viskini oğurlamağa cəhd edərkən mağaza işçiləri tərəfindən saxlanılıb. 

Birinci dəfə oğurladığı viskini özü isitfadə edib. İkinci dəfə oğurluq edərkən market əməkdaşları tərəfindən saxlanılaraq polisə təhvil verilib. 

Məhkəmənin qərarı ilə F.G. 24 gün müddətinə inzibati həbs edilib. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->