"Sosial
şəbəkədə video və ya foto paylaşan əsgər və zabitlər müəyyənləşdirilərək cəzalandırılmalıdırlar”.
BunuQaynarinfo-ya açıqlamasında hərbi ekspet Üzeyir Cəfərov deyib. Onun fikrincə,
Ermənistan həmin şəkillərdən və qeydlərdən öz maraqları naminə istifadə edir:
"Bir
çox ciddi narahatedici məqamlar var. Müxtəlif yollarla sosial şəbəkə istifadəçisi
olan dostlar, tanışlar çox böyük səhvlərə yol verirlər. Onlar həm səbrsizlik
göstərərək əsgər və zabitlərimiz barəsində lazımsız qeydlər yazır, həm də döyüş
əməliyyatlarının getdiyi və qarşıdakı əməliyyat istiqamətləri ilə bağlı fikirlərini
açıq şəkildə qeyd edir, döyüşlərdə həlak olan, səhidlik zirvəsinə ucalan
qardaşlarımız haqqında müxtəlif şəkillər, qeydlər paylaşırlar. Omaz! Düşmən bu
şəkillərdən və qeydlərdən öz maraqları naminə istifadə edib, ordumuzun döyüş
ruhunu, ona olan inamı sarsıtmaq üçün ciddi şəkildə addımlar atır. Şəhidlərimiz,
yaralı hərbçilərimizi ən ağır sözlərlə təhqir
edir, məsxərəyə qoyurulur. Bunu istəyirsiniz? Bu savaş bizim haqq işimizdir. Şəhidlər
də olub, var və müharibə tam şəkildə başa çatanadək yenə itkilərimiz
qaçılmazdır”.
Üzeyir
Cəfərov bildirib ki, sentyabrın 27-də başlayan savaşda ilk günlərində olan səliqə-sahman
indi bir az eyforiya və məsuliyyətsizliklə əvəzlənib:
"Çox
xahiş edirəm, etməyin, əzizlərimizi ölümün caynağına itələməyin. Kim başa
düşür-düşsün, başa düşməyənlərə izah edin. Sizin ən xırda ehtiyatsızlığınızdan
erməni alçaqlar öz çirkin, mənfur məqsədləri üçün istifadə edirlər. Çox az vaxt
qalır. Başladığımız müqəddəs savaşı yekunlaşdırmağa doğru gedirlər. İmkan verin
bu işi bitirsinlər. Sosial media ordumuza çox mane olur. İnanın, bunu tam səmimi
və ciddi deyirəm. Bizdən bəziləri ya bilərəkdən, ya da bilməyərəkdən çox
yanlışlıqlar edir”.
Ekspert
sonda üzünü Müdafiə Nazirliyinin rəsmilərinə tutub:
"Hər kəsi
ən sərt formada məsuliyyətə, hətta lazımdırsa, cinayət məsuliyyətinə cəlb etməklə
xəbərdar edin. Onların bəziləri son dərəcə arxayın şəkildə görülən müqəddəs işə
xələl gətirir. Öndə olan komandirlərin həyatını real təhlükəyə atır. Döyüşü
idarə edən komandirlərinə çox mane olurlar”.
Bahar
Rüstəmli
Şərhlər