Siyasət 18:48 28.02.2024

Hikmət Hacıyev BMTİP-nin əməkdaşları ilə görüşdü (FOTO)

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Bakı ofisinin əməkdaşları ilə görüşüb.

Qaynarinfo-nun məlumatına görə, bu barədə BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Alessandra Rokkasalvo "X”də yazıb.

"Azərbaycan Prezident Administrasiyası ilə BMT İnkişaf Proqramı arasında güclü əməkdaşlıq... 2024-cü il bizim üçün gərgin il olacaq. Biz buna hazırıq", - o qeyd edib.