Hindistan iyul ayında Rusiya neftinin ən böyük idxalçısı kimi Çini geridə qoyub, çünki Çin emalçıları yanacaq istehsalından daha az mənfəət əldə etdiyinə görə daha az xam neft alıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Moskva Tayms” məlumat
yayıb.
Qeyd olunur ki, Rusiya neftinin iyulda Hindistanın ümumi idxalında payı gündəlik 2,07 milyon barelə qədər artaraq rekord 44% təşkil edib ki, bu da iyun ayı ilə müqayisədə 4,2%, illik müqayisədə isə 12% çoxdur.
Bu, Çinin iyul ayında Rusiyadan gündəlik 1,76 milyon barel neft idxalını ötüb.
Hindistanın neft emalı sənayesindəki mənbə deyib: "Hindistanın Rusiya neftinə tələbatı sanksiyaların daha da sərtləşdirilməsinə qədər artmağa davam edəcək”.
İraq iyul ayında Hindistanın ikinci ən böyük neft tədarükçüsü olaraq qalır, ondan sonra Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri gəlir.
Alpər
Şərhlər