Xəbər lenti

III Çarlzın təsviri olan əskinasların buraxılış tarixi açıqlandı
Dünya 17:30 21.02.2024

III Çarlzın təsviri olan əskinasların buraxılış tarixi açıqlandı

Böyük Britaniya Kral III Çarlzın təsviri olan əskinasları 5 iyun 2024-cü il tarixindən dövriyyəyə buraxmağa başlayacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə İngiltərə Bankının bəyanatında deyilir.

Köhnəlmiş əskinasların yerinə yeni əskinaslar çap olunacaq. Tənzimləyici qeyd edir ki, II Elizabetin portreti olan əskinaslar dövriyyədə olmaqda davam edəcək.

Dekabr ayında Britaniya mərkəzi bankı III Çarlzın təsviri olan yeni əskinasların dizaynını təqdim edib. Kralın portreti £5, £10, £20 və £50-lıq əskinaslarda görünəcək. Monarxın profili əskinasların ön hissəsində və "Big Ben"in yanındakı təhlükəsizlik pəncərəsində kameo kimi görünəcək.

Bundan əvvəl İngiltərə Bankı yeni kralı əks etdirən sikkə dizaynını təqdim edib. Onlardan biri, yəni 5 funt sterlinq, 14 noyabr 2023-cü ildə qeyd etdiyi III Çarlzın 75 illik yubileyinə həsr olunub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->