Xəbər lenti

Ölkə 20:31 07.01.2024

İki rayona qadın prokuror təyin edildi (YENİLƏNİB)

Azərbaycanın iki rayonuna yeni prokuror təyin olunub.

Baş prokurorluğun Mətbuat xidmətindən Qaynarinfo-ya bildirib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Xəyalə Aslanovaya Xızı rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.

Bu təyinata qədər Xəyalə Aslanova Azərbaycan Respublikasının Baş Prоkurоrluğunun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idərisinin рrоkuroru vəzifəsində çalışıb.

Bundan başqa, Baş prokuror Kamran Əliyevin digər əmrinə əsasən Samux rayon prokuroru vəzifəsinin icrası Könül Ələsgərovaya həvalə edilib.

Könül Ələsgərova bu təyinata qədər Bakı şəhər prokurorunun böyük köməkçisi vəzifəsində işləyib.
 
19.50
 
Samux rayonuna yeni prokuror təyin edilib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu haqda Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Sözügedən vəzifə Könül Ələsgərovaya həvalə edilib.

Baş prokurorun bundan əvvəlki əmri ilə rayonun prokuroru Mayıl Hacıyev vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?