İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, tarzən,
Gəncə şəhərində 50 il bundan öncə "Göygöl" ansamblının yaradıcısı və
Gəncə Dövlət Filarmoniyasının yaranmasında müstəsna xidmətləri olan Fikrət
Verdiyevi Bakı şəhərində möhtəşəm mənzillə təmin edib.
Qaynarinfo xəbər
verir ki, bu barədə Fikrət Verdiyevin həyat yoldaşı Bəyimxanım
Cavanşirova-Verdiyeva "Facebook" səhifəsində yazıb.
"Bizim
ailəmizə bu sevinci bəxş etdiyi üçün cənab Prezidentimizə dərin hörmət və
ehtiramla minnətdarlığımızı bildiririk!!!", - deyə Bəyimxanım
Cavanşirova-Verdiyeva qeyd edib.
Şərhlər