Xəbər lenti

Şimali Koreya Cənubi Koreyaya 150-dən çox hava şarıyla zibil göndərdi (FOTO)
Dünya 11:14 29.05.2024

Şimali Koreya Cənubi Koreyaya 150-dən çox hava şarıyla zibil göndərdi (FOTO)

Şimali Koreya Cənubi Koreyaya 150-dən çox zibil balonu göndərib.

Qaynarinfo xəbər verir ki, Cənubi Koreyanın ən böyük xəbər agentliyi "Yonhap" Seul ordusuna istinadən yazır.

Birləşmiş Qərargah Rəislərinin məlumatına görə, çərşənbə axşamı axşamdan etibarən hava şarları sərhədi keçərək ölkənin müxtəlif yerlərində düşərək, cənub-şərqdəki Cənubi Kyonqsan əyalətinə qədər çatıb.

Şarlara bağlanmış torbaların içərisində müxtəlif zibillər - plastik butulkalar, akkumulyatorlar, ayaqqabı hissələri və hətta peyin də olub.

"Şimali Koreyanın bu hərəkətləri açıq şəkildə beynəlxalq hüququ pozur və xalqımızın təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Biz Şimali Koreyaya qeyri-insani və vulqar hərəkətlərini dərhal dayandırması üçün ciddi xəbərdarlıq edirik", - Birləşmiş Qərargah Rəislərinin bəyanatında deyilir. 

Eyni zamanda, Şimali Koreya öz hərəkətlərini "tit for tat” aksiyası adlandırıb - onlar bunun fəalların Cənubi Koreya ərazisindən hava şarlarından istifadə edərək göndərdikləri Pxenyan rejimini devirməyə çağıran vərəqələrə cavab olaraq edildiyini söyləyiblər.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->