XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İndoneziyada güclü zəlzələ: Ölənlərin sayı 38-ə çatdı
Dünya17:01 15.08.2026

İndoneziyada güclü zəlzələ: Ölənlərin sayı 38-ə çatdı

İndoneziyanın şərqində, Flores adası yaxınlığında 7,7 maqnitudalı güclü zəlzələ baş verib.

Qaynarinfo-nun məlumatına görə, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) zəlzələnin episentrinin Labuan-Bajo şəhərindən təxminən 161 kilometr şimal-şərqdə, 35 kilometr dərinlikdə yerləşdiyini bildirib.

Güclü yeraltı təkanlardan sonra bölgədə sunami xəbərdarlığı elan edilib və Flores adasının sahilyanı ərazilərində yaşayan sakinlərə təxliyə olunaraq sahildən uzaqlaşmaq tövsiyə edilib.

Son məlumatlara görə, zəlzələ nəticəsində azı 38 nəfər həyatını itirib, daha 20-dən çox insan xəsarət alıb. Təxminən 2 min sakin təhlükəli ərazilərdən təxliyə edilib.

Zəlzələ yaşayış evlərinə və digər tikililərə ciddi ziyan vurub. Bir sıra ərazilərdə yollar sürüşmələr səbəbindən bağlanıb, elektrik enerjisi və rabitədə fasilələr yaranıb. İlkin təkanın ardınca çoxsaylı afterşoklar qeydə alınıb.

Məlumata görə, sunami xəbərdarlığı daha sonra ləğv edilib. Bununla belə, xilasetmə və axtarış işləri davam etdirilir.