Xəbər lenti

İdman 12:38 17.11.2023

İngiltərə klubu yeni məşqçisini məşhur video oyun vasitəsilə seçəcək

İngiltərə klubu "Bromli" məşqçilər korpusuna yeni təyinatı məşhur video oyun vasitəsilə reallaşdıracaq.

Qaynarinfo-nun məlumatına görə, bu barədə klubun sosial media hesabında açıqlama verilib. Paylaşımda "Xbox" və "Football Manager" adlı video oyunların yaradıcısı olan şirkətlərlə əməkdaşlıq çərçivəsində yarışma təşkil edildiyi bildirilib. Yarışın qalibinin 2023/24 mövsümünün ikinci yarısında komanda ilə çalışacağı və texniki heyətdə yer alacağı bildirilib.

Uzun illər "Arsenal"da Arsen Vengerin köməkçisi kimi çalışmış, hazırda "Bromli"nin baş məşqçisi olan Endi Vudman açıqlamasında maraqlı qərarla bağlı bunları deyib: "Hər kəsin yaxşı iş görə biləcəyini düşündüyümüz bir dövrdəyik və buna görə də futbolu sevirik. Sizi əmin edə bilərəm ki, heç bir saxtakarlıq yoxdur. Qaliblərlə görüşümüz olacaq və ona uyğun seçim edəcəyik" - sözlərini söyləyib. 

İngiltərə Milli Liqasında mübarizə aparan "Bromli" 19 turdan sonra 36 xalla 4-cü pillədə qərarlaşıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->