Dünya 13:24 02.07.2022

İranlı hakerlər 300 min israillinin şəxsi məlumatlarını oğurladı

"İranlı haker qrupu” turizm və səyahət saytlarından 300 min israillinin şəxsi məlumatlarını oğurlayıb.

Qaynarinfo bu barədə "Timesofisrael"ə istinadən xəbər verir.

"Times of Israel" hücumun iki həftə əvvəl baş verdiyini və İsrailin Məxfiliyi Qoruma Təşkilatının da bunu təsdiqlədiyini bildirir.

İsrail mediası İrandakı bu haker qrupunun adını "Sharp Boys” kimi təqdim edib.

Bildirilir ki, bu iranlı haker qrupu 20 səyahət sifarişi saytı olan turizm və səyahət şirkəti olan "Gol Tours LT”nin əsas saytına hücum edib.

Aydın