Xəbər lenti

İsrail bir il əvvəl HƏMAS-ın hücum planından xəbərdar olub, ancaq inanmayıb
Dünya 13:22 01.12.2023

İsrail bir il əvvəl HƏMAS-ın hücum planından xəbərdar olub, ancaq inanmayıb

Sənədlərə, elektron məktublara və müsahibələrə görə, İsrail rəsmiləri HƏMAS-ın İsrailə hücum planından bir il əvvəl xəbər tutublar. Bununla belə, İsrail ordusu və kəşfiyyat rəsmiləri planın həyata keçirilə biləcəyinə inanmırdılar, belə ki, bu, HƏMAS yaraqlılarının öhdəsindən gələ bilməyəcəyi çox iddialı və çox mürəkkəb hücum planı idi.

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” qəzeti yazır.

İsrail hakimiyyətinin "İerixon divarı” adlandırdığı sənəddə 1200-ə yaxın insanın ölümü ilə nəticələnən oktyabrın 7-də İsrail ərazisinə hücumu təfərrüatlı şəkildə izah edilir. Sənəd ümumilikdə 40 səhifədən ibarətdir.

"The New York Times” tərəfindən nəzərdən keçirilən sənəddə hücumun dəqiq tarixi göstərilməsə də, Qəzza zolağı ətrafındakı istehkamların dağıdılması, İsrail şəhərlərinin ələ keçirilməsi və əsas hərbi bazalarına basqın edilməsi də daxil olmaqla hücumun təfərrüatlı şəkildə təsviri verilib.

Nəşrin qeyd etdiyi kimi, HƏMAS bu planı "heyrətləndirici dəqiqliklə” həyata keçirib. Sənəddə hücumun başlanğıcında raket atəşi, müşahidə kameralarını sıradan çıxarmaq üçün dronlardan istifadə, sərhəddə avtomatik pulemyotların işləməsi və ardınca yaraqlıların paraplanlar, motosikletlər və piyadalarla İsrail ərazisinə kütləvi şəkildə daxil olması təsvir edilir. Bütün bunlar oktyabrın 7-də baş verib.

Sənəd İsrail ordusu və kəşfiyyat rəhbərləri arasında yayılıb, lakin onlar hesab edirdilər ki, bu miqyaslı hücum və bu cür ambisiyalar HƏMAS-ın imkanlarından kənardır, - The New York Times yazır. Baş nazir Benyamin Netanyahunun və ya digər yüksək səviyyəli siyasi liderlərin sənədi görüb-görmədiyi bəlli deyil.
Keçən il sənədi alandan bir müddət sonra sərhədin qorunmasına cavabdeh olan Qəzza zolağında İsrail hərbi birləşməsinin nümayəndələri HƏMAS-ın niyyətlərinin "qeyri-müəyyən” adlandırıblar. Nəşrin nəzərdən keçirdiyi hərbi ekspertlərin qiymətləndirməsində deyilir: "Planın tam qəbul edilib-edilmədiyini və onun necə həyata keçiriləcəyini hələ müəyyən etmək mümkün deyil”.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->