Dünya 14:14 02.07.2022

İsrail Hizbullahın Suriyada yerləşən silah anbarlarını vurdu

Suriya iyulun 1-i şənbə günü elan edib ki, İsrail Livanla sərhədinə yaxın Tartus əyalətinin cənubundakı Həmidiyyə qəsəbəsini hərbi təyyarələrdən atılan raketlər ilə hədəfə alıb.

Qaynarinfo bu barədə Azadlıq Radiosunun fars bölməsinə istinadən xəbər verir.

Bununla belə, Suriya müxalifət qrupu olan Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, şənbə günü hücumun hədəfi İranla müttəfiq şiə təşkilatı Hizbullahın silah saxladığı yerlər olub və həmim silahlar  Livana daşınmaq üçün depolanıb.

Eyni zamanda İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmirabdullahian da rəsmi səfər üçün Dəməşqə gedib.

Suriyanın rəsmi mediası həmçini bildirib ki, İsrail döyüş təyyarələrindən Aralıq dənizi üzərindən Livan ərazisindəki Tripolinin qərbindən atılan raketlər Tartusun 20 kilometr cənubunda yerləşən Həmidiyyəni hədəf alıb. 
İsrail bombardmançıları adətən Livanın hava məkanına girərək Suriyaya hücum edir.

Suriya İnsan Haqları Müşahidə Qrupu əlavə edib ki, raketlərin vurulmasından sonra "sursat əlamətləri" olan partlayışlar olub. Ölən və yaralananlar haqqinda dəqiq məlumat yoxdur.

Aydın