Dünya 14:32 26.02.2024

İsrail ordusu Rəfah əməliyyatı üçün mülki şəxslərin təxliyəsi planını təqdim etdi

İsrail ordusu Hərbi kabinetə Qəzza zolağının ən cənubunda yerləşən Rəfah şəhərindəki döyüş bölgələrindən fələstinli mülki şəxslərin təxliyəsi planını və gələcək üçün əməliyyat strategiyasını təqdim edib.

Bu barədə Qaynarinfo "The Times of Israel” nəşrinə istinadən xəbər verir.

Hərbi kabinetin bəyanatında deyilir ki, kabinet Qəzza zolağının cənubuna humanitar yardımın çatdırılmasını "Qəzzanın şimalında və digər ərazilərdə baş vermiş qarətlərin qarşısını alacaq şəkildə” təsdiqləyib.

İsrail HƏMAS-ın Qəzzada son qalası olan Rəfaha qarşı hərbi hücum planlarını davam etdirir. Bildirilir ki, Qəzzanın 2,3 milyonluq əhalisinin yarıdan çoxu oraya sığınıb.
Humanitar təşkilatlar fəlakət barədə xəbərdarlıq ediblər, belə ki, Rəfah yardımın daxil olduğu əsas yerdir və ABŞ və digər müttəfiqlər İsrailin mülki şəxslərə zərər verməkdən çəkinməli olduğunu bildiriblər.

ABŞ-ın təzyiqi altında İsrailin siyasi və hərbi liderləri mülki şəxslərin təhlükəsizliyi təmin olunmayana qədər əməliyyatın başlamayacağını bildiriblər.

Nizami Bağırov