Dünya 12:39 14.08.2022

İsraildə avtobusa hücum: 8 nəfər yaralanıb

Bazar günü gecə saatlarında Qüdsün mərkəzində (Beyt əl-Müqəddəs) avtobusa hücum zamanı 8 nəfər yaralanıb.

Qaynarinfo bu barədə İsrailin "Jerusalem Post" qəzetinə istinadən xəbər verir.

İsrail rəsmilərinin verdiyi məlumata görə, yaralılardan üçünün vəziyyəti ağırdır. Onlardan birinin qarnından güllə yarası alan hamilə qadın olduğu bildirilir. 

İsrail polisi Qərb Divarı yaxınlığında avtobusa atəş açıldığını açıqlayıb. Digər tərəfdən, İsrail mediası Davud peyğəmbərin türbəsinin yaxınlığındakı dayanacaqda atışma baş verdiyini yazıb.

Hadisəni törədən 26 yaşlı fələstinli Əmir Siddavi Moriya bölgəsinin polis bölməsinə təslim olub. O, əlavə araşdırma üçün kəşfiyyat və daxili təhlükəsizlik agentliyi olan Şin Betə göndərilib.

Aydın