Mavi bülletenlə axtarılan və Rusiyada fəaliyyət göstərən "Qanuni Oğrular" mütəşəkkil cinayət təşkilatının idarəçilərindən olan Şamil Əmirov İstanbulun Sarıyev qəsəbəsində saxlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədə yazıb.
Şamil Əmirov "Qəfəs-15" şərti adı verilən əməliyyat çərçivəsində ələ keçib.
"Əməliyyatı həyata keçirən qəhrəman polislərimizi təbrik edirəm", deyə Ali Yerlikaya bildirib.
Nazir qeyd edib ki, beynəlxalq və milli mütəşəkkil cinayətkar qruplara və zəhər tacirlərinə qarşı mübarizə getdikcə daha da artırılacaqdır: "Onların nəfəsini kəsəcəyik. Biz ölkəmizi beynəlxalq və milli mütəşəkkil cinayətkar qruplardan təmizləməkdə qərarlıyıq. Onları bir-bir tutaraq, məsuliyyətə cəlb edəcəyik".
Şərhlər