Xəbər lenti

Kapitanından
İdman 12:33 27.07.2023

Kapitanından "Liverpul"a vida mesajı

İngiltərə nəhəngi " Liverpul" un təcrübəli kapitanı Cordan Henderson klubun azarkeşlərinə vida mesajı göndərib.

Qaynarinfo-nun məlumatına görə, futbolçu İnstaqram hesabından klubdan ayrılacağı ilə bağlı elan verib. 33 yaşlı britaniyalı açıqlamasında, "Son 12 ili sözlə ifadə etmək çətindir. Vidalaşmaq daha çətindir. Ölənə qədər "Liverpul"la olacağam. Hər şey üçün təşəkkür. Sən heç vaxt tək gəzməyəcəksən”.

İngiltərə mətbuatında çıxan xəbərə görə, Henderson 12 milyon funt-sterlinq illik maaş və göstərdiyi performansa uyğun mükafatlar qarşılığında Səudiyyə Ərəbistanı təmsilçisi "Al-Alliance"la müqavilə imzalayacaq.

2011-ci ildən "Liverpul"in formasını geyinən Henderson bütün yarışlarda meydana çıxdığı 492 matçda 33 qola, 61 məhsuldar ötürməyə imza atıb.

Henderson İngiltərə millisinin heyətində meydana çıxdığı 77 oyunda 3 qol vurub.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->