Beynəlxalq Qırmızı Xaç Komitəsi Xerson vilayətində "Dnepr çayının hər iki sahilində" Kaxovka su elektrik stansiyasının bəndinin dağıdılmasından sonra zərər çəkənlərin hamısına yardım göstərməyə hazırdır.
Qaynarinfo xəbər verir ki, müvafiq mesaj qurumun saytında dərc
olunub.
"Biz çayın hər iki tərəfinə, xüsusən də Odessa və Donetskdəki operativ bazalarından reaksiya verməyə hazırıq və daşqınlardan zərər çəkmiş insanlara təcili yardım, eləcə də təmiz suya çıxışı yaxşılaşdırmaq üçün uzunmüddətli yardım təklifimizi hakimiyyət orqanlarına təsdiqləmişik”, deyə mesajda deyilir.
Təşkilat qeyd edib ki, onun əməkdaşlarından ibarət qruplar Xersonda (Ukraynanın nəzarəti altında) işləyirlər. Orada onlar şəhər və ətraf rayonların sakinlərini içməli su, zəruri məhsullar və tibbi ləvazimatlarla təmin etməklə məşğuldurlar. BQXK həmçinin suya düşmüş mina və partlamamış hərbi sursatları axtaran fövqəladə hallar xidmətlərinə texniki dəstək göstərir.
Xatırladaq ki, Kaxovka Su Elektrik Stansiyası iyunun 6-da dağılıb. Bir sıra şəhər və qəsəbələr demək olar ki, tamamilə su altında qalıb. Xerson vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Moskva və Kiyev bir-birini su elektrik bəndini dağıtmaqda ittiham edir. Rusiya İstintaq Komitəsi terror aktı ilə bağlı, Ukrayna Baş Prokurorluğu isə ekosid maddələri ilə iş açıb.
Alpər
Şərhlər