"Mançester Yunayted”in ulduzu Antoninin keçmiş sevgilisi Qabriela Kavallin futbolçunun onu məişət zorakılığına məruz qoyduğunu və ölümlə hədələdiyini iddia edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Portuqaliyanın "UOL Esporte” telekanalına müsahibəsində Kavallin, "Mançester Yunayted”in ulduzu Antoniyə qarşı bəzi iddialar irəli sürüb. Həmçinin münasibətlərini dayandıracağı təqdirdə onu ölümlə hədələdiyini deyib.
Kavallin əvvəlcə mayın 20-də 23 yaşlı futbolçu tərəfindən hücuma məruz qaldığını bildirib. Hətta ölümlə hədələndiyini deyən futbolçunun keçmiş sevgilisi müsahibəsində, "Mənə hücum etdi, maşının qapısına doğru itələdi. Öz-özümə "bitdi” dedim. Çamadanımı, mobil telefonumu sındırdı, çantamı, pasportumu aldı və məni buraxmadı. Gecə saat 22.00-dan səhər saat 3:30-a kimi həbsdə qaldım. Mən buna xüsusi əsarət deyirəm. Sadəcə, getmək, oradan çıxmaq istəyirdim. Amma dedi ki, hər şeyi silənə qədər gedə bilməyəcəm. Anası, səhv etmirəmsə, onun fiziki terapevtini də köməyə çağırdı. Heç kim onu dayandıra bilmədi.
Bu açıqlamalardan sonra "Mançester Yunayted”in Antoni ilə bağlı hansı qərar verəcəyi həllik məlum deyil.
Səbuhi Həsənov
Şərhlər