"Kəpəz" heyətini yeni qapıçı ilə gücləndirib.
Qaynarinfo-nun məlumatına görə, klub portuqaliyalı İqor Rodriqeslə anlaşıb. Qolkiperlə mövsümün sonuna kimi müqavilə bağlanıb.
Rodriqesin son klubu ölkəsində "Feyrense” olub. 28 yaşlı qapıçı Portuqaliyanın tanınmış komandalarından olan "Benfika" ilə müqavilə bağlasa da, icarə əsasında "Şaveş”, "Eştoril” və "Sportinq Kovilya” klubunda oynayıb.
Səbuhi Həsənov
Şərhlər