Xəbər lenti

İdman 13:52 31.10.2023

"Kəpəz"in analitiki cəzalandırıldı

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qaynarinfo-nun məlumatına görə, iclasda Premyer Liqanın 11-ci turunda baş vermiş qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

"Turan Tovuz” – "Kəpəz” oyununda "Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə "Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);

"Turan Tovuz” – "Kəpəz” oyunu bitdikdən sonra "Kəpəz” klubunun analitiki İlkin Verdiyev hakimləri təhqir etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanır, "Kəpəz” klubu 4000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 43.4, 32)

"Sumqayıt” – "Qəbələ” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə "Sumqayıt” klubu 1000 manat cərimə edilir (maddə 72.4);

"Sumqayıt” – "Qəbələ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Sumqayıt” klubu 800 manat cərimə edilir (maddə 51.2);

"Neftçi” – "Sabah” oyununda "Sabah” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə "Sabah” klubu 700 manat cərimə edilir (maddə 37);

"Neftçi” – "Sabah” oyununun 90+3-cü dəqiqəsində "Neftçi” klubunun 44 nömrəli futbolçusu Yuri Matias ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, "Neftçi” klubu 500 manat cərimə edilir (maddə 36.5);.

"Neftçi” – "Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə "Neftçi” klubu 800 manat cərimə edilir (maddə 51.2);

"Araz-Naxçıvan” – "Qarabağ” oyununda "Araz-Naxçıvan” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə "Araz-Naxçıvan” klubu 700 manat cərimə edilir (maddə 37);

"Araz-Naxçıvan” – "Qarabağ” oyununda "Qarabağ” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə "Qarabağ” klubu 700 manat cərimə edilir (maddə 37);

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->