İdman 23:00 26.02.2024

“Kəpəz” stadionsuz qaldı

Premyer Liqada mübarizə aparan "Kəpəz” klubu stadionsuz qalıb.

"Qafqazinfo” xəbər verir ki, Gəncə təmsilçisi ev oyunlarını daha Qəbələdə keçirməyəcək.

Belə ki, "Qəbələ” tərəfi stadionun ot örtüyünün yükləndiyini əsas gətirərək artıq "Kəpəz”in rəqiblərini orada qəbul etməsinə razı olmayıb.

Klub rəsmiləri hazırda stadion axtarışındadır.

Qeyd edək ki, Gəncə şəhər stadionu təmirə bağlandığı üçün "Kəpəz” qış fasiləsindən sonra ev oyunlarını Qəbələ şəhər stadionunda keçirirdi.

Əlavə edək ki, "Kəpəz”lə "Qəbələ” hazırda Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Yəni "Kəpəz” elitada qalmaq uğrunda sonuncu pillədə qərarlaşan "Qəbələ”nin əsas rəqibi hesab olunur.