Xəbər lenti

İdman 12:30 13.01.2024

Kərim Benzemanın karyerasını davam etdirəcəyi klub açıqlandı

Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun fransalı hücumçusu Kərim Benzema Avropaya qayıdacaq.

Qayanrinfo xəbər verir ki, bu barədə sosial şəbəkə insayderi Ekrem Konur məlumat yayıb.

Onun sözlərinə görə, Benzema PSJ ilə danışıqlar aparır. Futbolçu mövsümün sonunda "Əl İttihad"ı tərk etmək niyyətindədir.

Qeyd edək ki, Benzema 2023-cü ilin iyununda "Əl İttihad"a keçib. Bu mövsüm hücumçu liqada 15 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib. 

Benzema son 14 il "Real Madrid"də çıxış edib. Forvard 4 dəfə İspaniya çempionu, 3 dəfə İspaniya kubokunun, 5 dəfə Çempionlar Liqasının qalibi olub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->