Xəbər lenti

İdman 14:58 17.09.2021

"Keşlə"nin futbolçusuna 3 oyunluq cəza, "Neftçi" və "Qarabağ"a xəbərdarlıq

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqanın 3-cü turu çərçivəsində baş tutan "Keşlə" - "Zirə" oyununun 28-ci dəqiqəsində meydan sahiblərinin 9 nömrəli futbolçusu  Anatole Abanq "aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. Klub isə 2400 manat cərimələnib. 

"Sabah" - "Qəbələ" matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün 800 manat cərimələnib. 

AFFA "Neftçi" - "Qarabağ" matçında baş verənlərə görə də cərimə və cəza qərarları çıxarıb. "Neftçi"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün paytaxt təmsilçisi 800 manat cərimə olunub. Bununla yanaşı hər iki kluba ictimai asayişin və təhlükəsizliyin daha da gücləndirilməsi barədə xəbərdarlıq edilib. 

Səbuhi Həsənov
--> -->