Xəbər lenti

KİV: 62 yaşlı Bred Pitt yeni sevgilisi ilə evlənməyi planlaşdırmır
Maqazin 15:35 27.06.2026

KİV: 62 yaşlı Bred Pitt yeni sevgilisi ilə evlənməyi planlaşdırmır

Amerikalı məşhur aktyor Bred Pitt hazırda münasibətdə olduğu 33 yaşlı zinət əşyaları dizayneri İnes de Ramonla hələlik evlənməyi planlaşdırmır.

Qaynarinfo xəbər verir ki, "Page Six" nəşrinin mənbəyə istinadən yaydığı məlumata görə, "Troya" və "Cənab və xanım Smit" filmlərinin 62 yaşlı ulduzu yeni münasibətini rəsmiləşdirməyə hazır deyil. Bununla belə, İnes de Ramon artıq Pittin ailəsinin tamhüquqlu üzvü kimi qəbul olunur. Cütlük 2022-ci ildən birlikdədir.

"İnes Bredin ailəsi ilə olduqca yaxındır. Onlar onu çox sevir və ilk gündən açıq ürəklə qəbul ediblər. Faktiki olaraq onu ailənin bir üzvü hesab edirlər. Lakin İnes hamı ilə bu qədər yaxın münasibət qurmasına baxmayaraq, Bred evlənməyi planlaşdırmır", deyə insayder bildirib.

Mənbənin sözlərinə görə, dizaynerin ailəsi də aktyorun yaxınları ilə mütəmadi ünsiyyət saxlayır:

"Bred və İnesin ailələri tez-tez görüşür və birlikdə vaxt keçirməkdən zövq alırlar. İnes ailə toplantılarında sadəcə 'Bredin sevgilisi' kimi görünmür, ailənin bir hissəsi kimi qəbul edilir. O, Bredin qardaşı və bacısı, bacıoğlanları və bacıqızları ilə vaxt keçirir, ailə görüşlərində iştirak edir və onların hər biri ilə ayrıca tanış olmağa xüsusi diqqət yetirib".

Qeyd edək ki, Bred Pitt iki dəfə evli olub. O, 2000-ci ildə aktrisa Cennifer Enistonla ailə qurub, lakin cütlük dörd il sonra ayrılıb. Bundan sonra aktyor Ancelina Coli ilə münasibətə başlayıb və onlar 2014-cü ildə evləniblər. Beş il sonra boşanma üçün müraciət edən cütlüyün ayrılıq prosesi uzun və qalmaqallı olub. Boşanma sənədləri yalnız 2024-cü ildə rəsmən imzalanıb.

Aydın
--> -->