Xəbər lenti

İdman 23:10 20.01.2024

Klopp "Liverpul"dakı postunu xərçəng xəstəsi olan Erikssona təklif etdi

"Liverpul"un baş məşqçisi Yurgen Klopp xərçəng xəstəsi olan isveçli mütəxəssis Sven-Yoran Eriksonun klubda onun yerini tuta biləcəyinə inanır. 

Qaynarinfo xəbər verir ki, katalon mütəxəssis bu barədə "The Guardian" nəşrinə danışıb.

"Aydındır ki, bu barədə eşidəndə çox təsirli xəbər oldu. İlk dəfə idi ki, onun "Liverpul"a olan heyranlığını və ya sevgisini eşidirdim, bütün həyatı boyu fanat olub. Bircə onu deyə bilərəm ki, onun bura gəlməsi çox xoş qarşılanacaq. Və istəsə, kabinetimdəki yerimdə oturub, gündüz işlərimi görə bilər. Problem deyil. Toxunma xəttində olmaq bir az daha çətin ola bilər", deyə Klopp bildirib.

Qeyd edək ki, Sven-Yoran Eriksson bu yaxınlarda xərçəng xəstəliyindən əziyyət çəkdiyini etiraf edib. 75 yaşlı isveçli ölkəsində radioverilişlərdən birinə açıqlamasında xəstə olduğunu və proqnozlarına görə təxminən bir il ömrü qaldığını bildirib:
 
"Hamı başa düşür ki, mənim çox ciddi xəstəliyim var. Bir çox insan bunun xərçəng olduğunu təxmin edir və bu doğrudur. Mən bacardığım qədər mübarizə aparmalıyam. Ən yaxşı halda bir il ömrüm var, ən pis halda daha az".

Sonuncu dəfə ölkəsinin təmsilçisi "Karlstad"da idman direktoru vəzifəsində çalışan Eriksson səhhətindəki problemləri əsas gətirərək oradan ayrılmışdı. 1970-ci illərin sonundan məşqçiliyə başlayan Eriksson "Göteborq"la UEFA Kubokunun qalibi olub. Daha sonra "Benfika"nın baş məşqçisi kimi üç dəfə Portuqaliya çempionluğu yaşayıb. Ardından İtaliyaya yollanan mütəxəssis burada "Roma", "Fiorentina", "Sampdoria" və "Latsio" kimi klublarda çalışıb. O həmçinin "Latsio"nun da baş məşqçisi olub və bu komanda ilə bir neçə kubok qazanıb, həmçinin UEFA Kubokunun qalibi olub.

Eriksson İngiltərədə "Mançester Siti"ni, "Lester"i də çalışıdırıb, həmçinin Çin və Tayland liqalarında təcrübə yaşamaqla yanaşı, Meksika, Fil Dişi Sahili və Filippində də məşqçi kimi fəaliyyət göstərib.
 
İngiltərə yığması Erikssonla birlikdə 2004-cü il Avropa çempionatında, həmçinin 2002 və 2006-cı il Dünya çempionatlarında iştirak edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->