Xəbər lenti

Konfrans Liqası:
İdman 00:24 02.08.2024

Konfrans Liqası: "Zirə" Slovakiyada da qələbə qazandı

"Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

Qaynarinfo məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv Slovakiyada "DAK-1904" klubu ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə bitib - 2:1. "Qartallar"ın qollarını 25-ci dəqiqədə Rafael Utziq, 57-ci dəqiqədə penaltidən Qismət Alıyev vurub. Meydan sahiblərindən Alexandro Mendez 40-cı dəqiqədə fərqlənib.

Bakıda rəqibini dörd cavabsız qolla üstələyən "Zirə" III təsnifat mərhələsinə vəsiqə qazanıb. Komanda bu raundda Xorvatiyanın "Osiyek" kollektivi ilə qarşılaşacaq.

Qeyd edək ki, Konfrans Liqasının III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.

Konfrans Liqası
II təsnifat mərhələsi
Cavab oyunu

1 avqust
DAK 1904 (Slovakiya) - Zirə (Azərbaycan) 1:2
Qollar: Aleks Mendez, 40 - Rafael Utsiq, 25. Qismət Alıyev, 57.
Qırmızı vərəqə: Romarik Yapi, 56 (DAK 1904)
DAK 1904: 41. Alkesandr Popoviç, 91. Romarik Yapi, 33. Taras Kaçaraba, 16. Mateus Brunetti, 8. Milan Dimun, 17. Yoan Anduzana, 24. Kristian Herç, 6. Mahmudu Baxo, 18. Aleks Mendes, 99. Ladislav Almasi, 46. Matey Trusa.
Ehtiyat oyunçular: 1. Samuel Petras, 30. Atilla Nemet, 7. Yan Bernat, 9. İvan Dolçek, 13. Levente Bosze, 23.Damir Redziç, 2.Milan Vitaliş, 68. Mate Tuboli.
Zirə: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 4. Ruan Renato, 3. Ange Mutsinzi, 70. İssa Cibrilla, 11. Rüstəm Əhmədzadə, 21. Hacıağa Hacılı,  8. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 23. Rafael Utsiq, 90. Davit Volkov.
Ehtiyat Oyunçular: 41. Anar Nəzirov, 99. Səlim Həşimov, 5. Stefan Aka, 6. Eldar Quliyev, 7. Məqsəd İsayev,  14. Elçin Əlicanov, 16. Fuad Bayramov, 28. Abbas İbrahim, 18. Martins Junior.
Hakimlər: Covan Kaçevski, Slaqyan Markoski, Branko Putilin, İvana Proykovska (Şimali Makedoniya)
Dunayska Streda. "MOL Arena".
İlk oyun - 0:4.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->