Kremlin
sözçüsü Dmitri Peskov Fransa Prezidenti Emmanuel Makronun Belarus prezidentliyinə
keçmiş namizəd Svetlana Tixanovskaya ilə görüşlərinin onların haqqı olduğunu bildirib.
Qaynarinfo
xəbər verir ki, onun sözlərinə görə, Rusiya Makrona hörmət edir. O, əlavə edib
ki, əslində Fransa prezidenti sadəcə, bir Belarus vətəndaşı ilə görüşüb.
Tixanovskaya
Makronla görüşdən sonra onun Minskin siyasi böhrandan çıxmasına kömək edəcəyinə
söz verdiyini söyləyib. Xüsusilə, Paris Belarus Prezidenti Aleksandr Lukaşenko
ilə rəqibləri arasında dialoqun qurulmasına çalışacaq.
Alpər
Şərhlər