Siyasət 22:12 22.09.2022

KTMT Baş katibi Azərbaycanla sərhədə gəldi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Ermənistan-Azərbaycan sərhədinə baş çəkib.

Qaynarinfo xəbər verir ki, bu barədə təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov bildirib.

Onun sözlərinə görə, Zasın rəhbərlik etdiyi nümayəndə heyəti sərhəddə yerləşən Vayots Dzor bölgəsinə səfər edib. Zas orada yerli rəsmilər və hərbçilərlə görüşüb. 
 
Səfərin digər detalları hələlik məlum deyil.