Xəbər lenti

Litva müharibə olacağı təqdirdə kütləvi təxliyə planı hazırlayacaq
Dünya 18:16 09.09.2024

Litva müharibə olacağı təqdirdə kütləvi təxliyə planı hazırlayacaq

Litva hakimiyyəti oktyabrın əvvəlinə qədər milli kütləvi təxliyə planını hazırlayacaq. 

Bu barədə Qaynarinfo LRT-yə istinadən xəbər verir.

"Hər bir yerli hökumətin öz təxliyə planı var, lakin aydındır ki, bizim milli miqyaslı planımız olmalı və onu həyata keçirməyə hazır olmalıyıq", - deyə ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Aqne Bilotayte mətbuat konfransında bildirib.

"Bu gün mülki müdafiə həmişəkindən daha aktualdır. Ukraynaya qarşı müharibə davam edir, regionumuzun ölkələri hibrid və dezinformasiya hücumlarına məruz qalır və təxribat bizim yeni reallığımızdır. Qeyd etmək lazımdır ki, biz öndəyik, ona görə də bu gün mülki müdafiə gündəliyimizdə prioritet məsələyə çevrilib”.
Bilotaytenin sözlərinə görə, təhlükəsizliyin gücləndirilməsi üzrə işlər təkcə milli səviyyədə deyil, digər Baltik ölkələrlə də birgə aparılacaq. Bu məqsədlər üçün Avropa İttifaqından maliyyə vəsaitinin tələb edilməsi də nəzərdə tutulur.

İyul ayında Litva Seymi Daxili İşlər Nazirliyi tərəfindən təklif olunan mülki müdafiənin gücləndirilməsi və inkişafı üçün yeni sığınacaqların və xəbərdarlıq sistemlərinin yaradılmasını, həmçinin xüsusi mobil əlavənin hazırlanmasını əhatə edən proqramı təsdiqləyib. Bu məqsədlər üçün 285 milyon avro xərclənməsi planlaşdırılır: "Biz mülki mühafizədən mülki müdafiəyə keçməliyik. Zaman dəyişib və biz mülki müdafiəni hibrid və hərbi təhlükələrə uyğunlaşdırmalıyıq”, - Bilotayte bildirib.

Bu arada Latviya Daxili İşlər Nazirliyinin rəhbəri Rihards Kozlovskis ölkəsində yeni yeraltı sığınacaqların yaradılması istiqamətində işlərin aparıldığını bildirib. "Biz ən pis senariyə hazır olmalıyıq". İlin əvvəlində Estoniya hakimiyyəti mülki müdafiə sahəsində dörd və onillik fəaliyyət planını təsdiqləyib. Biz əhalini SMS mesajları və digər kanallar vasitəsilə məlumatlandırmağa hazırıq”, - deyə Estoniya Daxili İşlər Nazirliyinin nümayəndəsi Tuuli Raim bildirib.

İyun ayında Litva Seymi gənclərin məktəbi bitirdikdən dərhal sonra hərbi xidmətə çağırılmasını təsdiqləyib. Yeni qaydalar 2026-cı ildə qüvvəyə minəcək. 17 yaşı tamam olan Litva vətəndaşları tibbi müayinədən keçməli və 18 yaşında doqquz aylıq hərbi xidmətə getməli olacaqlar.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->