Ekonomiks 22:55 14.10.2022

Maliyyə naziri BVF və Dünya Bankının illik toplantısında iştirak edəcək

Azərbaycanın maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankının (DB) illik toplantısında iştirak etmək üçün ABŞ-da səfərdədir.

Qaynarinfo xəbər verir ki, S.Şərifov ölkəmizin Vaşinqtondakı səfirliyini ziyarət edib, fövqəladə və səlahiyyətli səfir Xəzər ibrahimlə görüşüb.

Görüşdə nazir və səfir müxtəlif məsələlər ətrafında ikitərəfli müzakirələr aparıblar.

Samir Şərifov səfər çərçivəsində ikitərəfli və çoxtərəfli görüşlərdə iştirak edəcək