Xəbər lenti

İdman 14:00 27.08.2023

"Mançester Siti" və "Nyukasl" Aİ qanunlarını pozmaqda şübhəli bilinir

Avropa Komissiyası İngiltərənin "Mançester Siti” və "Nyukasl” futbol klublarında xarici subsidiyalarla bağlı yeni qaydaların pozulması ilə bağlı araşdırmaya başlaya bilər.

Qaynarinfo bu barədə "Daily Mail"ə istinadən xəbər verir.

Klubların sahibləri BƏƏ ("Mançester Siti”) və Səudiyyə Ərəbistanı ("Nyukasl”) təmsilçiləridir. İyun ayından qüvvədə olan xarici subsidiyalar haqqında qanun Avropa İttifaqına daxil olmayan hökumətlərin daxili Avropa bazarına təsirini aradan qaldırmaq üçün nəzərdə tutulub. Qeyd olunur ki, Böyük Britaniyanın Aİ-dən çıxmasına baxmayaraq, qanun İngiltərə Premyer Liqasına da şamil edilir.

Mənbənin məlumatına görə, Avropa Komissiyası Britaniya klublarına qarşı baxılması nəzərdə tutulan şikayətlərin daxil olduğunu təsdiqləyib. 
Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->