Xəbər lenti

İdman 17:50 29.04.2023

"Mançester Yunayted" 18 yaşlı futbolçu ilə beş illik müqavilə bağladı

"Mançester Yunayted" 18 yaşlı futbolçusu Alexandro Qarnaço ilə yeni müqavilə bağlayıb.

Qaynarinfo-nun məlumatına görə, klub futbolçu ilə müqavilənin müddətini daha 5 il uzadıb. Bu barədə klubdan açıqlama verilib. Argentinalı futbolçu 2028-ci ilə qədər "Qırmızı şeytanlar"ın formasını geyinəcək.

İspaniya əsilli futbolçu 2020-ci ildə Madrid "Atletiko"sundan İngiltərə klubunun akademiyasına gətirilib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->