Xəbər lenti

Mədə və bağırsaq xərçənginin aşkar olmayan əlaməti
Sağlamlıq 09:00 01.04.2024

Mədə və bağırsaq xərçənginin aşkar olmayan əlaməti

Mədə və bağırsağın adenokarsinoması əlamətləri qarın ağrısı, yeməkdən sonra ağırlıq, ürəkbulanma, qusma, kilo itkisi və iştahsızlıq olan bir xərçəngdir. Ancaq bəzən bu xəstəliklər atipik şəkildə baş verir və dəridə kiçik lövhələr - keratomlar görünür. 

Qaynarinfo xəbər verir ki, bu barədə gazeta.ru-ya onkoloq və tibbi eksperti Suna İsakova məlumat verib.

"Mədə və bağırsaq adenokarsinomasının inkişafı, səbəbləri hələ də tam məlum olmayan Leser-Trelat sindromu ilə ifadə edilə bilər. Belə ki, qısa müddət ərzində dəridə çoxlu sayda keratomalar - xoşxassəli dəri formalaşmaları əmələ gəlir və onlar çıxarıldıqda tezliklə yeniləri meydana çıxır. Keratomaların görünüşü fonunda mədə və bağırsağın adenokarsinomasının tipik əlamətlərinin olması həkimi bunun Leser-Trelat sindromu olduğunu düşünməyə vadar edə bilər", deyə İsakova bildirib.

Onun fikrincə, keratoma qeyri-bərabər səthə malik, ət rəngindən demək olar ki, qara rəngə qədər mumlu, düz və ya yuxarı qalxmış lövhəyə bənzəyən xoşxassəli dəri böyüməsidir.

"Bəzi insanlarda belə şişlərin sayı yüzlərlə ola bilər. Çox vaxt bu lövhələr 40 yaşdan yuxarı insanlarda görünür və boyunda, başda, gövdədə yerləşir və heç vaxt ovuclarda, dabanlarda və selikli qişalarda olur. Keratoma yavaş böyüyür, ölçüsü 1 mm-dən bir neçə santimetrə qədər ola bilər. Özünüzə diaqnoz qoymamalısınız. Hər hansı yüksək intensivlikli ağrılar və ya qarın ağrısının tez-tez epizodları, eləcə də şübhəli səpgilər həkimə müraciət etmək üçün əsasdır", deyə həkim tövsiyə edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->