Ölkə 10:35 15.03.2023

Mədəniyyət Nazirliyində iki təyinat (YENİLƏNİB)

Ağdaş Regional Mədəniyyət İdarəsinə təyinat olub.

Bu barədə Qaynarinfo-ya Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, İdarənin rəisi vəzifəsi üzrə əmək funksiyalarının icrası müvəqqəti olaraq Rafiq Söhrab oğlu İsgəndərova həvalə edilib.

Bundan başqa, Aqaəli Mürsəl oğlu Cəlilova Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi üzrə əmək funksiyalarının icrası müvəqqəti həvalə edilib.

09.28
 
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə rəis təyinatı olub. Bu barədə Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli əmr imzalayıb. 

Bizim.Media xəbər verir ki, mədəniyyət nazirinin əmri ilə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə Aqaəli Cəlilov təyin edilib. 

Yeni rəis əmək fəaliyyətinə 1984-cü ildən Turan qəsəbə Mədəniyyət Evində metodist kimi başlayıb. 2014-cü ildən M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin direktoru kimi fəaliyyət göstərib.

61 yaşlı Aqaəli Cəlilov Azərbaycan Dövlət İncəsənət İnstitutunun məzunudur.