Xəbər lenti

Meksikada narkobaron saxlanıldı, onlarla yaralı var, helikopterlər və təyyarə vuruldu
Dünya 16:22 06.01.2023

Meksikada narkobaron saxlanıldı, onlarla yaralı var, helikopterlər və təyyarə vuruldu

Narkobaron Ovidio Quzman Lopez Meksikada həbs edilib. 

Qaynarinfo xəbər verir ki, narkobaronun həbsi zamanı küçələrdə toqquşmalara, insanların ölümünə və yaralanmasına səbəb olub, 250 avtomobil oğurlanıb. Həbs zamanı iki helikopter və bir təyyarə vurulub.

Qısa arayış: Ovidio Quzman Lopez narkobaron, Sinaloa narkokartelinin lideri Xoakin Quzmanın ("Balaca”) oğludur. O, 2019-cu ildə saxlanılaraq ABŞ səlahiyyətlilərinə təhvil verilib. ABŞ məhkəməsi Xoakin Quzmanı ömürlük həbs cəzasına məhkum edib. Vaşinqton həmçinin narkotik alveri ittihamı ilə Ovidio Quzman Lopezin ekstradisiyasını tələb edir. 

Yerli medianın məlumatına görə, Meksika Müdafiə Nazirliyi yanvarın 5-də axşam saatlarında Sinaloa ştatının Kuliakan şəhərində Quzman Lopezin saxlanmasını təsdiqləyib. Narkobaron Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə Mexiko şəhərinə aparılıb və ciddi rejimli həbsxanaya yerləşdirilib.

Saxlanılandan sonra şəhərin küçələrində atışmalar başlayıb, bəzi küçələr yanan maşınlarla bağlanıb. Regional hakimiyyət sakinlərə evlərini tərk etməməyi tövsiyə edib, məktəblərdə və universitetlərdə dərsləri ləğv olunub.

Regional ictimai təhlükəsizlik departamentinin rəhbəri Kristobal Kastanyeda "Twitter"də yazıb ki, saxlanılma zamanı azı 7 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb. "Formula” radiosunun məlumatına görə, qubernator Ruben Roça Moya bildirib ki, cinayətkar dəstə ilə polis və ordu arasında baş verən toqquşmalar zamanı 10 nəfər ölüb, ən azı 29 nəfər yaralanıb

"El Milenio” qəzetinin məlumatına görə, narkobaronun mühafizəçilərinin zirehli maşınlarına quraşdırılmış iri çaplı silahların zərbələri nəticəsində iki helikopter zədələnib. Kuliakan hava limanına enərkən turbovintli təyyarə vurulub.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->