Evlər daha çox yaz və yay aylarında təmir olunsa da, hazırda tikinti materialları bazarlarında durğunluq yaşanır. Bunu satıcılar da təsdiqləyirlər.
Satıcılar deyirlər ki, bəzi məhsulların qiymətlərində endirim olmasına baxmayaraq, satış əvvəlki ilin eyni ayları ilə müqayisədə çox aşağıdır.
Ekspert Muxtar Ərturan isə əksini düşünür. Onun fikrincə, tikinti materialları bazarındakı durğunluğun əsas səbəbi qiymətlərdə artımın olmasıdır. Ekspert deyir ki, daxili təmir üçün lazim olan materialların qiymətlərində 10-25 faiz arasında artım var və bu artım sünidir.
Əmlak üzrə ekspert Elnur Fərzəliyev isə bildirir ki, tikinti materiallarının qiymətlərinin artması evlərin qiymətlərinə də təsir edir.
Ekspert vurğulayır ki, təmir materiallarının qiymətlərindəki artım bölgələrdəki evlərin qiymətlərinə daha çox təsir göstərir. Bunun səbəbi isə həmin materialların paytaxtdan regionlara daşınması zamanı çəkilən xərcdir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər