Xəbər lenti

Məşhur aktrisa xərçənglə mübarizəsindən danışdı:
Maqazin 17:17 09.10.2024

Məşhur aktrisa xərçənglə mübarizəsindən danışdı: "Saçlarım töküldü, amma..."

"Ofis" serialı və "Single Week" filmi ilə tanınan amerikalı aktrisa Cenna Fişer ağır xəstəliyindən - xərçənglə mübarizəsindən danışıb.

Qaynarinfo xəbər verir ki, 50 yaşlı sənətçi ötən ilin sonunda xərçəng xəstəliyinə tutulduğunu etiraf edib. Bu, mammoloqun müntəzəm müayinəsi zamanı müəyyənləşib. Cenna ultrasəs müayinəsindən keçib və bu zaman həkimlər şişi görüblər.

"Sinəmdə nəsə tapdılar. Biopsiyə yazdılar. 1 dekabr 2023-cü ildə 1-ci mərhələdə üçqat müsbət döş xərçəngi olduğumu bildim", deyə Fişer "Instagram" səhifəsində yazıb.

Aktrisa əməliyyat olunduğunu da əlavə edib. Şiş ilkin mərhələdə aşkarlandığı üçün onun yayılmağa vaxtı olmayıb. Lakin Cenna xərçəngdən tamamilə qurtulmaq üçün 12 kimyaterapiya kursu və daha üç həftə şüalanma keçirib. O, xəstəliklə ağır mübarizənin nəticələrini belə yazır:

"Kimyaterapiya zamanı saçlarımı itirdim, lakin möhtəşəm pariklər və saç papaqları sayəsində başıma gələn hər şeyi danışmaq üçün bu ana qədər gözləyə bildim. İndi daha yaxşıyam".
 


Cenna tələbəlik illərində teatrda fəaliyyətə başlayıb. Daha sonra gənc istedadlı aktyorları axtaran agent onu görüb. 2001-ci ildə Fişer "Twisted City" sitcomunda ofisiant kimi ilk rolunu alıb. Daha sonra o, "Səndən xoşuma gələnlər”, "Ayın işçisi” və "Müştəri həmişə ölür” filmlərində kamo rollarını canlandırıb.

"Ofis" serialındakı Pam Basli rolu ona böyük populyarlıq gətirib. Yeri gəlmişkən, bu filmə görə Fişer 2007-ci ildə "Komediya serialında ikinci planda ən yaxşı aktrisa" kateqoriyasında "Primetime Emmy" mükafatına namizəd olub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->